Baza ticarəti

Basis trading Aktiv üzrə eyni vaxtda nağd uzun mövqenin və bu aktiv üzrə fyuçers üzrə qısa mövqenin götürüldüyü arbitraj əməliyyatı. Aktivin cari qiyməti və onun saxlanma və sığorta xərclərinin cəmi fyuçersdən gələn gəlirdən az olduğu müddətdə treyder mənfəət əldə edir.
Baza tarifi
Baza valyutası
OBASTAN VİKİ
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti — XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması. Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. 1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Gürcüstanın xarici ticarəti
Gürcüstanın xarici ticarəti mənfi ticarət balansı ilə xarakterizə olunur, idxal ixracdan bir neçə dəfə çoxdur. SSRİ dağılmadan əvvəl Gürcüstanın xarici ticarət dövriyyəsi istehsal olunan iqtisadi məhsulu üstələyirdi.Gürcüstan ixracatının böyük hissəsini ərzaq və kənd təsərrüfatı məhsulları, idxalın böyük hissəsini enerji mənbələri və istehlak malları təşkil edirdi. 1998-ci il Rusiya iqtisadi böhranından sonra Gürcüstanın Rusiyaya ixracı əhəmiyyətli dərəcədə azaldı ki, bu da Gürcüstan iqtisadiyyatının artım tempinin ildə bir neçə faizə enməsinə səbəb oldu. 2008-ci ilin əsas ixrac məhsulları: ferro ərintilər — 17.9% qara metal qırıntıları - 8.6% mis filizi və konsentratları - 7,9% avtomobillər (yenidən ixrac) — 7.6% gübrələr - 7,1% kobud qızıl - 6,7% sement - 5,4% spirt - 3,9% şərab - 2,5% 2008-ci ildə əsas alıcılar: Türkiyə (17.6%), Azərbaycan (13.7%), Ukrayna (9%), Kanada (8.8%), Ermənistan (8.2%), Bolqarıstan (7.2%), ABŞ (6.8%). 2008-ci ildə əsas təchizatçılar: Türkiyə (14,9%), Ukrayna (10,4%), Azərbaycan (9,6%), Almaniya (7,9%), Rusiya (6,8%), ABŞ (5,7%), Çin (4,7%), BƏƏ (4,4%). Madneuli yatağından polimetal filizləri çıxaran və qızıl-mis konsentratı istehsal edən Madneuli mədən və emalı zavodunun məhsulları Gürcüstan ixracatının əhəmiyyətli hissəsini təşkil edir. 2008-ci ildə Gürcüstan 100,1 milyon dollara, 2009-cu ildə 116,2 milyard dollara kobud qızıl ixrac etdi. 2008-ci ildə Gürcüstan 128,5 milyon dollara, 2009-cu ildə 63,6 milyon dollara qara metal qırıntıları ixrac etdi. 2008-ci ildə Gürcüstan 118,3 milyon dollara, 2009-cu ildə 61,9 milyon dollara mis filizi və konsentratları ixrac etdi. Ferro ərintiləri Gürcüstan ixracatının əsas əmtəəsidir, hazırda onların ixracdakı payı təxminən 17%-dir.
Birjada səhmlərin ticarəti
Birjada səhmlərin ticarəti — təşkil edilmiş ticarət platformalarında (birjalarda) səhmlərə və digər qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsi prosesi. Səhmlərin ilkin kütləvi təklifi müəssisənin fəaliyyəti üçün vəsait əldə etməyə imkan verir. Təkrar dövriyyə yalnız səhmlərin sahiblərini dəyişir, lakin müəssisəyə birbaşa gəlir gətirmir. Bununla belə, səhmlərin birja kotirovkası müəssisənin həqiqi qiymətini müəyyən etməyə imkan verir. Səhmdarların ümumi yığıncağının qərarına əsasən müəssisələr ilkin emissiyadan əlavə səhmlərin əlavə emissiyalarını da buraxa bilərlər. Bu, adətən, müəssisənin genişləndirilməsi, yeni bazarların tutulması və s. ehtiyac nəticəsində baş verir. Son zamanlar internet vasitəsilə birjada səhmlərin alqı-satqısı üsulu, internet ticarəti adlanan üsul çox populyarlaşıb. Bu halda səhmlərin alqı-satqısı proseduru xeyli sadələşdirilir. Adətən broker və ya birja tərəfindən birbaşa təmin edilən müəyyən proqram təminatı tələb olunur.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Qotard baza tuneli
Qotard baza tuneli — İsveçrədə yerləşən bu tunelin ideyası 30 il əvvəl verilib. 57 kilometrlik bu tunelin açılışı 2018-ci ilə planlaşdırılıb. Bu tuneldə qatarlar 250 km saat sürətlə hərəkət edə biləcək. Mütəxəssislər işlərin vaxtında başa çatacağına inanmırlar.
102-ci Hərbi baza
102-ci Rusiya hərbi bazası (rus. 102-я российская военная база, erm. Ռուսաստանի 102-րդ ռազմական բազա) — Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazası. Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. 128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri BMP-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23–4 "Şilka", BRDM maşının bazasında "Strela" və ZU-23–2), özüyeriyən artilleriya divizionu ("Qvozdika"), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
Qiymətli kağızların ticarəti haqqında qanun
Qiymətli kağızların ticarəti haqqında qanun (USA, 1934), (ing. The Securities Exchange Act of 1934) — qiymətli kağızların (səhmlərin və istiqrazların) ticarətini tənzimləyən qanun. Qiymətli Kağızlar Ticarət Komissiyası 1934-cü il tarixli Qiymətli Kağızlar Ticarət Qanununa əsasən yaradılmışdır.Şirkətlər ilkin bazar kimi tanınan qiymətli kağızlar buraxaraq milyardlarla dollar qazandırırlar. Bu orijinal məsələləri tənzimləyən 1933-cü il Qiymətli Kağızlar Aktı ilə müqayisədə, 1934-cü il Qiymətli Kağızlar Mübadiləsi Qanunu həmin qiymətli kağızların emitentlə əlaqəsi olmayan şəxslər arasında tez-tez brokerlər və ya dilerlər vasitəsilə təkrar ticarətini tənzimləyir. Təkrar bazarda ticarət vasitəsilə hər il trilyonlarla dollar qazanılır və itirilir. 1934-cü il Qanunu qiymətli kağızlarla ticarət statusu olmayan broker-dilerləri də tənzimləyir. Telekommunikasiya infrastrukturu fiziki məkan olmadan ticarəti təmin etmək üçün nəzərdə tutulmuşdur. Əvvəllər bu maklerlər səhmlərin qiymətlərini qəzetlərdən alır, telefonla şifahi sövdələşmələr aparırdılar. Bu gün rəqəmsal informasiya şəbəkəsi bu brokerləri birləşdirir. Bu sistem Qiymətli Kağızlar Satıcılarının Milli Assosiasiyasının Avtomatlaşdırılmış Kotirovka Sistemini ifadə edən NASDAQ adlanır.
Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə
Silah Ticarəti üzrə Beynəlxalq Müqavilə (STBM, ing. Arms Trade Treaty, ATT) — dövriyyəsi xüsusi konvensiyaya uyğun olaraq məhdudlaşdırılmış beynəlxalq silah ticarətini tənzimləyən çoxtərəfli beynəlxalq müqavilə; müqavilə dünyada qanunsuz silah ticarəti qarşısını almaq üçün hazırlanmışdır (bəzi təxminlərə görə, beynəlxalq silah ticarətinin həcmi ildə 70 milyard dollara çatır). Sənəd, şərti silahların ixracı üçün yeni standartlar, o cümlədən embarqo və sanksiyalara zidd olaraq adi silahların ixracının qadağan edilməsi ilə yanaşı, soyqırımı, insanlığa qarşı cinayətlər, hərbi cinayətlər və terror hücumları. May 1997-ci ildə Kosta Rika Prezidenti Oskar Sançes Arias, Dalay Lama, Lex Valesanın da daxil olduğu bir qrup Nobel Mükafatı laureatı ilk dəfə qlobal silah ticarəti müqaviləsinin qəbul edilməsinə başladı. Nobelistlər, tənzimlənməmiş silah ticarətinin dağıdıcı təsiri ilə bağlı narahatlıqlarını dilə gətirdilər və "Silah Transferlərinə dair Beynəlxalq Davranış Kodeksi" nin qəbul edilməsini təklif etdilər. XX əsrin sonunda bu təşəbbüs lazımi dəstəyi toplaya bilməsə də, məcəllədə BMT Baş Assambleyasının 2013-cü ilin aprelində səs verdiyi çox şey yer alırdı: insan hüquqları və humanitar hüquqla bağlı beynəlxalq normalara uyğunluq; BMT-nin adi silahlar reyestrində məcburi iştirak; regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün öhdəliklər.
2 nömrəli Bakı Baza Tibb Kolleci
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
2 nömrəli Bakı Baza Tibb Məktəbi
2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir. Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir. Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən) Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.